İqtisadiyyat naziri Mikayıl Cabbarov 2 Fevral - Azərbaycan Gəncləri Günü münasibətilə gəncləri təbrik edib.
Teleqraf.com xəbər verir ki, nazir Azərbaycan gənclərinin yüksəlişi, ölkəmizin tərəqqisində, beynəlxalq müstəvilərdə təmsil edilməsində fəal iştirakı və uğurlarının qürurverici olduğunu qeyd edib.
“Gənc nəslin davamlı inkişafını dəstəkləmək, gənc sahibkarların fəaliyyətini stimullaşdırmaq mühüm prioritetlərimizdəndir. 2 fevral - #AzərbaycanGəncləriGünü münasibətilə bütün gənclərimizi təbrik edir, möhkəm cansağlığı və yeni nailiyyətlər arzulayırıq” - M. Cabbarov bildirib.