25 Fevral 2015 01:20
2 105
12 Punto 14 Punto 16 Punto 18 Punto

ATƏT-in hazırkı sədri, Serbiyanın xarici işlər naziri İviça Daçiç bu gün BMT Təhlükəsizlik Şurasında Dağlıq Qarabağdakı situasiyaya dair məruzə ilə çıxış edib.

Musavat.com xəbər verir ki, ATƏT sədri konflikt ətrafında mövcud durumdan ciddi narahatlığını ifadə edib.

“Mən xüsusilə də Dağlıq Qarabağdakı son hadisələrdən narahatam. Ötən il, Azərbaycan və Ermənistan prezidentlər arasında görüş olmasına baxmayaraq, biz situasiyanın kəskin pisləşməsini və siyasi prosesin kəskin ləngiməsini müşahidə edirik.

Mən yaranmış vəziyyəti Azərbaycan və Ermənistan XİN başçıları ilə müzakirə eləmişəm və öz səylərimi regiona qarşıdakı səfərim çərçivəsində dövlət başçıları ilə görüşlər zamanı artırmaq əzmindəyəm”.


Müəllif: