25 Fevral 2015 18:25
651
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Seperatçı Dağlıq Qarabağ rejimini “de-fakto rəhbərlik” kimi xarakterizə etmək yolverilməzdir. Hazırki şəraitdə Dağlıq Qarabağ Ermənistan tərəfindən işğal edildiyinə görə, burada yaradılan istənilən qondarma qurum separatçı rejimdir”.

Teleqraf.com-un məlumatına görə, bu fikirləri Yeni Azərbaycan Partiyası icra katibinin müavini Mübariz Qurbanlı deyib.

M.Qurbanlı bildirib ki, beynəlxalq hüquqda işğal edilmiş ərazi anlayışı var. Dağlıq Qarabağ və ətrafındakı rayonlar isə Azərbaycanın işğal edilmiş əraziləridir. Onun sözlərinə görə, bu ərazilərdə yaradılmış qondarma separatçı qurum işğal rejiminin törəməsidir.

“Ona görə də ATƏT-in Minsk qrupunun amerikalı həmsədri Ceyms Uorlik Dağlıq Qarabağdakı separatçı rejimi “de-fakto rəhbərlik” hesab etməklə ərazinin işğal olunması faktını, bir növ, arxa plana keçirir. Bəhs edilən ərazi Azərbaycanın işğal edilmiş torpaqları olduğuna görə burada baş vermiş fəlakətlərə – ekoloji, insanlıq və mülkiyyət əleyhinə cinayətlərə, mədəni irsin dağıdılmasına görə işğalçı Ermənistan və separatçı Dağlıq Qarabağ rejimi məsuliyyət daşıyır. Qondarma, separatçı Dağlıq Qarabağ rejimi legitim deyil. Ona görə də işğal edilmiş ərazilərin statusuna uyğun olaraq bu əraziyə yanaşılmalıdır. Ceyms Uorlik və digər həmsədrlər bu ərazilərin işğal altında olduğunu qeyd edərək işğalçı ölkəyə bilavasitə təzyiq göstərməlidirlər”, – deyə YAP icra katibinin müavini vurğulayıb.

Səxavət


Müəllif: