28 Fevral 2015 23:35
857
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanın Ermənistan tərəfindən işğal olunmuş ərazilərində 2 erməni hərbçi ölüb.

APA-nın xəbərinə görə, fevralın 28-də erməni mediası 2 erməni hərbçinin öldüyünü etiraf edib. Məlumata görə, bunlar 1979-cu il təvəllüdlü Artak Sedrakoviç Agekyan və 1995-ci il təvəllüdlü Ayk Qriqoryeviç Baroyandır.

Qeyd edək ki, bu gün səhər də 19 yaşlı erməni hərbçi Albert Emileviç Safaryan ölüb.

Xatırladaq ki, Ermənistan rəsmiləri və mediası ordudakı ölüm faktlarını ictimaiyyətdən gizlədir


Müəllif: