1 Mart 2015 21:31
793
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün İrəvanda Ermənistan Milli Konqresi etiraz aksiyası keçirib.

Teleqraf.com-un “Novosti Armeniya”ya istinadən məlumatına görə, mitinq Sarkisyan hakimiyyətinin 2008-ci ildə 2008-ci ildə qətlə yetirdiyi ermənilərin xatirəsinə həsr olunub.

Aksiyanın aparıcısı olan Aram Manukyan deyib ki, yeddi il əvvəl bu gün Ermənistan hakimiyyəti silahsız xalqa hücum edib: “Ermənistanda iki gün qırğınlar davam etdi. 10 nəfər öldü, 150 nəfərdən çox insan yaralandı və o gündən bəri ölkədə avtoritar rejim quruldu. Bu faciənin təşkilatçıları və icraçıları isə hələ də cəzasız qalıblar”.

Erməni Milli Konqresinin lideri Levon Ter-Petrosyan isə çıxışında martın 1-nin Ermənistan üçün "milli yas, etiraz və dövlət terroru günü" olduğunu qeyd edib və hazırkı hakimiyyəti “xalqın qanı üzərində qurulduğunu” qeyd edib. /APA/


Müəllif:

Oxşar xəbərlər