2 Mart 2015 10:28
858
12 Punto 14 Punto 16 Punto 18 Punto

Gənclər və İdman Nazirliyinin dəstəyi ilə Şəki şəhərində "Maraqlı peşə- uğurlu karyeranın təməlidir" adlı layihə həyata keçirilib.

Birliyin mətbuat xidmətindən Teleqraf.com-a verilən məlumata görə, təlimlərdə region gəncləri, tələbələr və müvafiq dövlət qurumlarının rəhbərləri iştirak ediblər. "SAF Həyat Naminə" Gənclər İctimai Birliyinin icra etdiyi bu layihə dən onlarla gənc faydalanıb.

Təlimlərə Birliyin sədri Səbinə Abbasova, mətbuat xidmətinin rəhbəri Qurbanəli Ömər, layihənin təlimçisi Nailə İsmayılova və Şəki şəhər Gənclər və İdman İdarəsinin rəisi Vüqar İskəndərov da qatılıb. Ümümilikdə 5 gün davam edən təlimin əhəmiyyətindən danışan təşkilatçılar layihəyə dəstək verdiyi üçün Gənclər və İdman Nazirliyinə öz təşəkkürlərini bildiriblər.

Qeyd edək ki, layihə peşə seçimində gənclərə dəstək olmaq məqsədi ilə həyata keçirilib.

BƏXTİYAR


Müəllif:

Oxşar xəbərlər