Bu gün Prezident yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının sədri, millət vəkili Azay Quliyev İsrailin Azərbaycandakı səfiri Rafael Harpaz və onun müavini Ronen Krauszla görüşüb.
Şuranın mətbuat xidmətindən Teleqraf.com-a verilən məlumata görə, səfir R.Harpaz dövlətlərimiz arasında dinamik inkişaf edən münasibətlərin səviyyəsindən razılığını bildirib və Xocalı soyqırımı ilə bağlı bu günlərdə İsraildə keçirilən tədbirdə Xarici İşlər Naziri Aviqdor Libermanın iştirakının buna sübut olduğunu deyib. Səfir Azərbaycanın dünyəviliyin sözün həqiqi mənasında mövcud olduğu islam ölkəsi kimi unikallığı ilə seçildiyini və ölkəmizin multikultralizm təcrübəsinin bütün dünyada tətbiq olunmasının vacibliyini diqqətə çatdırıb.
Şura sədri A.Quliyev yəhudi icmasının tarix boyu Azərbaycanda bərabərhüquqluluq şəraitində yaşadığını və ölkə həyatının bütün sahələrində fəal iştirak etdiyini deyib. O, şuranın bütün QHT-lərlə, o cümlədən yəhudi icmasının yerli və beynəlxalq təşkilatları ilə möhkəm əməkdaşlıq münasibətlərinin qurulmasında maraqlı olduğunu bildirib.
Görüşdə Azərbaycan və İsrail QHT-lərinin əməkdaşlıq imkanları haqqında müzakirələr aparılıb.
BƏXTİYAR