Ticarət mərkəzinin qarşısına xeyli adam yığılıb. Onlar adamı intihar fikrindən daşındırmağa çalışırlar.
Əməkdaşımızın verdiyi xəbərə görə, binanın damında 4 polis əməkdaşı da var. Onlar intihar təhdidi edən şəxsə yaxınlaşmadan, danışqla onun aşağı endirməyə çalışırlar. Adam isə fikrinin ciddi olduğunu göstərmək üçün artıq ayağının birini aşağı sallayıb.
Əməkdaşımız bildirir ki, artıq kişi əlindəki bıçaqla özünə, boğazına, sinəsinə xəsarət yetirib, ruhi həyəcan vəziyyətindədir.
FHN-in əməkdaşları hadisə yerinə gəliblər və naməlum şəxsin özünü yerə atacağı təqdirdə asfalta dəyib xəsarət almaması üçün çadır açıblar.
Reportyorumuzun verdiyi xəbərə görə, adam telekanalların hadisə yerinə gəlib süjet hazırlamasını tələb edir və həbsxanada olan qardaşının vəziyyətindən bəhs edir.
musavat.com
Bu dəqiqələrdə yaşı təxminən 30-35 olan bir kişi paytaxtın Nizami rayonunda, “Vosmoy bazarı” adlandırılan alqı-satqı mərkəzinin yaxınlığında fəaliyyət göstərən “Lotos” Ticarət Mərkəzinin yerləşdiyi binanın damına çıxaraq intihar edəcəyini bəyan edir.
Həmin yerdə olan şahidlərdən birinin Publika.az-a verdiyi xəbərə görə, intihara cəhd göstərən şəxs telekanalların əməkdaşlarının ora gəlməsini tələb edir.
Şahidlərin sözlərinə görə, o, əlində bıçaq tutub və tələblərinini yerinə yetirilməyəcəyi təqdirdə özünü öldürəcəyini bildirir.