4 Mart 2015 17:17
771
12 Punto 14 Punto 16 Punto 18 Punto

Daxili İşlər Nazirliyi Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsinin təşəbbüsü, Füzuli və Sabirabad RPŞ-lərin müvafiq xidmət əməkdaşlarının iştirakı ilə bu rayonlarda vətəndaşlara şəxsiyyət vəsiqələrinin verilməsi ilə bağlı səyyar xidmət keçirilib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Teleqraf.com-a verilən məlumata görə, Füzuli rayonunda baş tutmuş tədbir nəticəsində orta ümumtəhsil məktəblərinin buraxılış sinif şagirdləri və şəxsiyyət vəsiqələrinin etibarlıq müddəti bitmiş sakinlər də daxil olmaqla, ümumilikdə, 170 nəfərin müvafiq sənədləri qəbul edilib. Bununla yanaşı, 140 yeni şəxsiyyət vəsiqəsi sahiblərinə təqdim olunub.

Sabirabad rayonunda keçirilmiş növbəti səyyar xidmət zamanı isə 462 nəfərin, həmçinin orta məktəblərin buraxılış sinif şagirdlərinin və şəxsiyyət vəsiqələrinin etibarlıq müddəti bitmiş şəxslərin sənədləri qəbul edilərək onlara da yeni vəsiqələr verilib.

Vətəndaşların şəxsiyyət vəsiqələri ilə təmin edilməsi prosesi davam etdirilir.

Hacı Zeynalov


Müəllif:

Oxşar xəbərlər