6 Mart 2015 16:19
843
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakı Ali Ümumqoşun Komandirlər Məktəbinin məzunlarının çoxsaylı təkliflərini və şəxsi heyətin tarixi ənənələrə sədaqət ruhunda tərbiyəsinin əhəmiyyətini nəzərə alaraq Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənovun göstərişi ilə cari ilin iyulun 19-da 1980-ci il məzunlarının buraxılışının 35 illik yubileyinə həsr edilmiş təntənəli görüş keçiriləcək.


Teleqraf.com-un Müdafiə Nazirliyinin rəsmi saytına istinadən məlumatına görə, tədbirə hazırlıqla əlaqədar İşçi Qrupun rəhbəri Silahlı Qüvvələrin Hərbi Akademiyasının rəisi general-leytenant Heydər Piriyev təyin edilib.


Yubiley tədbirləri haqqında əlavə məlumat mütəmadi olaraq http://www.mod.gov.az/- Müdafiə Nazirliyinin, http://www.aahm.edu.az/Heydər Əliyev adına AAHM və http://bvoku.clan.su/ Bakı Ali Ümumqoşun Komandirlər Məktəbinin məzunlarının saytlarında yerləşdiriləcək.


Müəllif: