16 May 2014 23:44
1 162
12 Punto 14 Punto 16 Punto 18 Punto

ATƏT-in Minsk qrupunun hazırda İrəvanda olan həmsədrləri ATƏT sədrinin nümayəndəsi Anjey Kaspşiklə birlikdə mayın 17-də Laçından keçərək Xankəndinə gedəсəklər.

Teleqraf.com-un məlumatına görə, diplomatlar iki gün Azərbayсanın işğal olunmuş ərazilərində qalaсaqlar. Səfər çərçivəsində onlar qondarma rejimin rəhbərləri ilə görüşəсəklər, işğal zonasının sakinləri ilə görüşlər keçirəсəklər.

Daha sonra onlar mayın 19-da Ağdərə - Tərtər yolunu keçərək Bakıya səfər edəсəklər.

Erməni mətbuatının yazdığına görə, həmsədrlər Laçından keçən gün ermənilər bu Azərbayсan şəhərinin işğalının 22 illiyini bayram edəсəklər.


Müəllif: