7 Mart 2015 10:18
926
12 Punto 14 Punto 16 Punto 18 Punto

Müdafiə Nazirliyi bildirir ki, erməni silahlı bölmələri cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimini ümumilikdə 42 dəfə pozub.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən Teleqraf.com-a bildiriblər ki, Ermənistan Respublikasının İcevan və Krasnoselsk rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Qazax və Gədəbəy rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərimiz atəşə tutulub.

Bundan başqa, Tərtər rayonunun Göyarx, Ağdam rayonunun Yusifcanlı, Şıxlar, Baş Qərvənd, Cəvahirli, Kəngərli, Sarıcalı, Xocavənd rayonunun Kuropatkino, Füzuli rayonunun Horadiz, Aşağı Veysəlli, Aşağı Əbdürrəhmanlı kəndləri yaxınlığında, həmçinin Goranboy, Xocavənd, Füzuli və Cəbrayıl rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Silahlı Qüvvələrimizin mövqeləri atəşə məruz qalıb.

Düşmən cavab atəşi ilə susdurulub.


Müəllif: