7 Mart 2015 14:29
1 085
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyə və Azərbaycan Hərbi Hava Qüvvələrinin (HHQ) birgə təlimləri - "TurAz Şahini 2015" davam edir. Ötən gün simvolik olaraq şəxsi heyətin iştirakı ilə qurban kəsilməsi mərasimi keçirilib.

Müdafiə Nazirliyindən Teleqraf.com-a verilən məlumata görə, mərasimdə Türkiyə HHQ-nin aviabaza komandiri çıxış edərək təlim iştirakçılarına uğurlar diləyib.

MiQ-29, Su-25, Mi-17 tipli təyyarə və helikopterlərin pilotları ilə keçirilən dərslərə əsasən uçuşların hazırlığı davam etdirilib. Heyətlər uçuş xəritələrində aerodrom və təlim rayonunun ərazisini öyrənərək çalışma tapşırıqlarını yerinə yetirib, təhlükəsizlik qaydaları və hündürlük hesabatlarını aparıblar.

Təlimlər davam edir.


Müəllif:

Oxşar xəbərlər