Demokratik İslahatlar Partiyasının (DİP) sədri, Milli Məclisin deputatı Asim Mollazadə Azərbaycan parlament nümayəndə heyətinin üzvləri ilə birlikdə Argentinaya gedib. Bu barədə Teleqraf.com-a DİP-in mətbuat xidmətindən məlumat verilib.
Səfər zamanı deputatlar Argentinanın xarici işlər naziri Hektor Timermanla görüşüblər. Görüşdə Azərbaycan-Argentina əlaqələri, ölkələrimiz arasında əməkdaşlıq perspektivləri müzakirə edilib. Bundan başqa, deputatlar Argentinanın TELAM informasiya agentliyində jurnalistlərlə görüşüblər və agentliyə müsahibə veriblər. Argentina Diplomatik Akademiyasında və CARİ Mərkəzində ölkəmizlə bağlı keçirilən təqdimat mərasimlərində iştirak ediblər.
Qeyd edək ki, deputatların Buenos-Ayresə səfəri Azərbaycan-Argentina parlamentlərarası əməkdaşlığını daha da genişləndirilmək, müxtəlif sahələrdə əməkdaşlığın inkişafı ilə bağlı fikir mübadiləsi aparmaq və iki ölkə arasındakı dostluq əlaqələrini gücləndirmək məqsədi daşıyır.
Deputatlar səfər zamanı Argentinanın qanunvericilik və icra hakimiyyətinin üzvləri ilə görüşlər keçirəcək, Buenos-Ayres şəhərində müxtəlif mədəni və elmi tədbirlərdə iştirak edəcəklər.
Səxavət