11 Mart 2015 13:34
669
12 Punto 14 Punto 16 Punto 18 Punto

Xorvatiyada rəsmi səfərdə olan müdafiə naziri general-polkovnik Zakir Həsənov bir sıra görüşlər keçirib.

Müdafiə Nazirliyindən Teleqraf.com-a verilən məlumata görə, Xorvatiyanın Xarici İşlər nazirinin birinci müavini Yoşko Klisoviçlə keçirilən görüşdə hər iki ölkənin yerləşdiyi coğrafi regionlardakı təhlükəsizlik və qarşılıqlı münasibətlərin daha da genişləndirilməsi məsələləri müzakirə edilib.

Z.Həsənov Ermənistanın Cənubi Qafqaz bölgəsindəki sabitliyə əsas təhlükə yaratdığını, Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüquq normaları və Azərbaycanın ərazi bütövlüyü prinsipinə əsaslanaraq həll olunmasını diqqətə çatdırıb.

Xorvatiyanın İqtisadiyyat Palatasında olan müdafiə naziri həmin qurumun sədri Luka Buriloviçlə görüşüb. Tərəflər ölkələrimiz arasındakı dostluq münasibətlərindən danışıb, əlaqələrin daha da genişləndirilməsi, o cümlədən müdafiə sənayesi sahəsində əməkdaşlığın dərinləşdirilməsi perspektivlərini müzakirə ediblər.

Sonra müdafiə nazirinə Xorvatiyanın müdafiə sənayesinə daxil olan şirkətlər haqqında geniş prezentasiyalar təqdim olunub.

Qeyd edək ki, səfər davam edir.

BƏXTİYAR


Müəllif:

Oxşar xəbərlər