11 Mart 2015 15:58
775
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu 2015-ci il Novruz Bayramı münasibətilə keçirilən fərdi jurnalist yazıları müsabiqəsinin nəticələrini elan edərək jurnalistləri mükafatlandırıb.

Teleqraf.com-un məlumatına görə, Fondun icraçı direktoru Vüqar Səfərli qeyd edib ki, müsabiqəyə 54 KİV-dən 120 yazı daxil olub: "15 istiqamət üzrə isə 6 yer təyin etmişik. Lakin təəssüf ki, müəyyən edilmiş 90 yerdən 6-sı boş qalıb. Beləliklə, 84 qalib elan edilib. Buna səbəb isə keyfiyyətli yazıların daxil olmamasıdır”.

"525-ci qəzet”in baş redaktoru Rəşad Məcid isə maraqlı məqama toxunub. O qeyd edib ki, ötən dəfə bölgə müxbirlərinin xahişi ilə müsabiqənin yerlər üzrə uduş maliyyəsini artırmışıq: "Belə ki, əgər 3-cü yer 200 AZN, 3-cü yer 300 AZN idisə, bu il bu məbləğ 100 AZN artıb”.

Jurnalistlərin Həmkarlar İttifaqının sədri, Fondun Müşahidə Şurasının üzvü Müşfiq Ələsgərli bildirib ki, bəzən Fonda təqdim edilən yazılar arasında jurnalistlərin öz təəssüratları olur: "Yazılar əsasən araşdırma xarakterli olmalıdır. Həmçinin, yazılarda yarım başlıqlar mütləq qeydə alınmalıdır. Bu dəfə etiraf edək ki, bir qədər yarım başlıqlı yazıların sayında artım müşahidə etdik. Ümid edirəm ki, zaman keçdikcə yazıların formatını daha da mükəmməlləşdirəcəksiniz”.

Digər çıxışçılar təqdim olunan yazılarla bağlı fikirlərini bildirib, belə bir müsabiqənin keçirilməsinin əhəmiyyətini vurğulayıblar.

Daha sonra isə ikinci və üçüncü yerlər üzrə qalib jurnalistlər diplomlarla təltif ediliblər. Birinci yerin qaliblərinin adları KİV DF-nin sabah keçirəcəyi Novruz bayramı ilə bağlı tədbirində açıqlanacaq.

Mükafatlandırılanlar arasında Publika.az saytının müxbiri Asif Nərimanlı və Teleqraf.com-un əməkdaşı Ruslan Xəlil də var.


Müəllif:

Oxşar xəbərlər