Bu gün Bakı metrosu yaxınlığında ölüm olub.
Hadisə şahidlərinin Milli.Az-a verdikləri məlumata görə, metronun "Elmlər Akademiyası" stansiyasının çıxışında siqaret satan kişi ölüb.
Təxminən 40-45 yaşlarında kişi qəfildən yıxılaraq dünyasını dəyişib. Əraziyə polis və tibbi yardım xidmətinin əməkdaşları cəlb olunublar.
Xatırladaq ki, dünən metronun "Gənclik" stansiyasında 61 yaşlı kişi ürəktutmasından keçinmişdi.