Avropa Şurasının Parlament Assambleyasının Siyasi Əlaqələr Komitəsinin Dağlıq Qarabağ üzrə məruzəçisi Robert Uolterin başçılıq etdiyi nümayəndə heyəti Müdafiə Nazirliyində olub.
Nazirlikdən Teleqraf.com-a verilən məlumata görə, müdafiə nazirinin şəxsi heyət üzrə müavini general-leytenant Kərim Vəliyev münaqişə bölgəsində gərginliyin artması ilə bağlı hesabat hazırlamaq məqsədilə Azərbaycanda iki günlük səfərdə olan qonağa regiondakı hərbi-siyasi vəziyyət, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı geniş məlumat verib və onu maraqlandıran bir sıra sualları ətraflı cavablandırıb.
BƏXTİYAR