13 Mart 2015 11:29
855
12 Punto 14 Punto 16 Punto 18 Punto

Xarici İşlər Nazirliyinin mətbuat xidməti Kazan şəhərindən baş vermiş yanğınla bağlı açıqlama yayıb.

Teleqraf.com-a daxil olan açıqlamada deyilir: “Xarici İşlər Nazirliyinin təlimatı əsasında Azərbaycan Respublikasının Rusiya Federasiyasında səfirliyi Kazan şəhərində ticarət mərkəzində baş vermiş yanğın nəticəsində zərər çəkənlər sırasında Azərbaycan Respublikası vətəndaşlarının olmasını Rusiya Federasiyası, Tatarıstan Respublikasının fövqəladə hallar xidməti ilə araşdırır. Rusiya Federasiyası, Tatarıstan Respublikasının fövqəladə hallar xidmətinin mətbuat katıbı Andrey Rodigenin Azərbaycan Respublikasının Rusiyadakı səfirliyinə verdiyi məlumata görə hazırkı vaxtda bir nəfər Azərbaycan Respublikası vətəndaşının yanğın zamanı həyatını itirdiyi müəyyən olunub”.

XİN bildirib ki, əlavə məlumat daxil olan kütləvi informasiya vasitələrinə məlumat veriləcək.

Səxavət


Müəllif:

Oxşar xəbərlər