13 Mart 2015 14:45
1 707
12 Punto 14 Punto 16 Punto 18 Punto

Mühəndis istehkamçıların təlim mərkəzində mühəndis bölmələri ilə taktiki məşğələ keçirilib.

Müadfiə Nazirliyindən Teleqraf.com-a verilən məlumata görə, təlimin keçirilməsində əsas məqsəd müharibə zamanı mühəndis-istehkam təminatı ilə bağlı müasir silah və texnikalar tətbiq edilməklə tapşırıqların uğurla yerinə yetirilməsi olub. Məşğələ üç mərhələdə icra edilib.

Birinci mərhələdə körpü salmaqla su maneələrinin keçilməsi praktiki olaraq yerinə yetirilib. Panton-körpünü açmaq məqsədilə əvvəlcə suda kəşfiyyat aparılaraq maneənin uzunluğu, eni və dərinliyi müəyyən edildikdən sonra çay və sahil dəstələri vasitəsilə körpü salınıb.

Təlimin ikinci mərhələsində cəmləşmə rayonunda silahlanmaya yeni qəbul olunan texnikalar nümayiş olunub. Təlim iştirakçıları praktiki bilik və bacarıqlarını təkmilləşdirərək silahlanmaya qəbul edilən texnikaların taktiki-texniki xüsusiyyətləri haqqında məlumatlar əldə ediblər.

Üçüncü mərhələdə isə maneəqurma, maneələğvetmə və mühəndis-yol bölmələri verilən tapşırıqları vaxtında və bacarıqla yerinə yetiriblər.

Təlim müvəffəqiyyətlə başa çatdıqdan sonra fərqlənən hərbi qulluqçulara fəxri fərman və qiymətli hədiyyələr təqdim olunub.

BƏXTİYAR


Müəllif:

Oxşar xəbərlər