Deputat AŞPA Monitorinq Komitəsinin iclasına qatılacaq
Milli Məclisin deputatı Elxan Süleymanov AŞPA Monitorinq Komitəsinin iclasında iştirak etmək üçün martın 16-dan 19-dək Fransanın paytaxtı Parisdə səfərdə olacaq.
Teleqraf.com xəbər verir ki, tədbirdə Monako və Monteneqro ilə monitorinq sonrası dialoq aparılacaq, bu ölkələrin AŞPA qarşısındakı öhdəliklərinin icrası vəziyyəti araşdırılacaq. İclasda Ukraynadakı son hadisələrlə və dünyadakı dondurulmuş münaqişələrlə bağlı müzakirələr də keçiriləcək.
Deputat müzakirə olunan məsələlərə münasibət bildirəcək.
Nemət