14 Mart 2015 15:00
867
12 Punto 14 Punto 16 Punto 18 Punto

Sloveniya Respublikasında rəsmi səfərdə olan Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənov bu ölkənin Çepovan kəndində yerləşən qardaşlıq qəbiristanlığında dəfn olunmuş Sovet İttifaqı və Sloveniya Qəhrəmanı Mehdi Hüseynzadənin məzarını ziyarət edib.

Teleqraf.com Nazirliyin mətbuat xidmətinə istinadən xəbər verir ki, nümayəndə heyətinin üzvləri əfsanəvi qəhrəmanın şərəfinə ucaldılmış abidə önünə əklil qoyduqdan sonra, onun xatirəsinin əbədiləşdirilməsi məqsədilə Şempas qəsəbəsində yaradılmış muzeydə olublar.

Sonra Müdafiə naziri Azərbaycan-Sloveniya Dostluq cəmiyyətinin, Sloveniya ictimaiyyətinin nümayəndələri, Mixaylo ilə çiyin-çiyinə döyüşmüş silahdaşları və yerli sakinlər ilə görüşüb.

Samir


Müəllif: