Bir sıra xəbər saytlarında “ölkə.az” saytına istinadla Dövlət Sərhəd Xidmətinin “Sərhədçi” İdman Olimpiya Mərkəzində martın 18-də futzal üzrə Avropa çempionatının seçmə mərhələsinin 5-ci qrupunda yer alan Azərbaycan və Belçika komandaları arasinda görüş başa çatdıqdan sonra futbolçularla qələbə sevincini bölüşən azərkeşlərin söykəndiyi dəmir məhəccərin qopması nəticəsində 25-30 nəfər azərkeşin yüngül xəsarət alması barədə həqiqətə uyğun olmayan xəbər yayılıb.
DSX-nın mətbuat mərkəzi bildirir ki, məhəccərin qopması nəticəsində yüngül xəsarət almış bir nəfərə yerindəcə tibbi yardım göstərilib və qopmuş dəmir məhəccər bərpa edilib.
BƏXTİYAR