Martın 30-dan aprelin 2-dək Belarus Respublikasının rabitə və informatizasiya naziri Sergey Popkovun rəhbərlik etdiyi nümayəndə heyəti ölkəmizdə işgüzar səfərdə olacaq.
Teleqraf.com xəbər verir ki, səfər çərçivəsində S.Popkovun Azərbaycanın rabitə və yüksək texnologiyalar naziri Əli Abbasovla görüşü nəzərdə tutulur.
Hər iki ölkənin nümayəndə heyətlərinin iştirak edəcəyi ikitərəfli görüşdə rabitə və informasiya texnologiyaları sahəsində qarşılıqlı əməkdaşlıq məsələlərinin müzakirəsi planlaşdırılır.
İLHAMƏ