Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində 3 erməni hərbi qulluqçu həlak olub, daha 4 əsgər yaralanıb.
Bu barədə Trend Ermənistan mətbuatına istinadən məlumat verir.
Ölən hərbi qulluqçular 1996-cı il təvəllüdlü Akop Qaqikoviç Xaçatryan, 1995-ci il təvəllüdlü Eduard Qaqikoviç Ayrapetyan və 1995-ci il təvəllüdlü Arşak Karenoviç Arutyunyandır.