19 Mart 2015 17:35
882
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyə-Azərbaycan Parlamentlərarası Dostluq Qrupunun və Türkiyə Böyük Millət Məclisinin Səhiyyə Komissiyasının sədri, Adana millət vəkili Necdət Ünüvar Azərbaycan xalqını Novruz bayramı münasibətilə təbrik edib.

Teleqraf.com-un məlumatına görə, təbrikdə deyilir: “Dost və qardaş Azərbaycanın Novruz bayramını təbrik edirəm. Novruz baharın gəlişini qeyd etdiyimiz baharın ilk günüdür. Bütün türk cəmiyyətində keçmişdən günümüzə qədər gələn əhəmiyyətli günlər arasındadır. Azərbaycan xalqının özünə xas olan ən böyük bayramıdır. Əslində Novruz təbiətin oyanışıdır, təbiətin yuxudan oyanması ilə təbiət dəyişir, yaşam dəyişir. Bu yeni ilin azərbaycanlı qardaşlarıma bol-bol bərəkət və xoşbəxtlik gətirməsini arzu edirəm”.

Səxavət


Müəllif: