30 Mart 2015 14:22
657
12 Punto 14 Punto 16 Punto 18 Punto

"İndi çox çətin dövrdə yaşayırıq. İnanın ki, bizə qarşı olan qüvvələr, hətta ekstremist-dini qüvvələr, cərəyanlar var. Onların bəzilərinin maliyyələşməsi bəlkə Ermənistana, erməni ekstremistlərinə gedib çıxır. Bəlkə də onlar ayrı adlarla, təkfirçi və s. adlarla bura gəlib çıxıblar. Ona görə də biz ehtiyatlı olmalıyıq. Getdiyimiz yol doğru yoldur. Allahın bizə buyurduğu yoldur, inşallah bu yolla da gedəcəyik və haqqı da Allah bizə nəsib edəcək".

Trend-in məlumatına görə, bunu Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə idarədə 31 mart - Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı keçirilən tədbirdə deyib.

A.Paşazadə deyib ki, bu, bizim üçün çox vacib məsələdir, bir vətəndaş məsələsidir: "Molla məsələsi deyil. Kimin qeyrəti, namusu varsa, vətəndaşdırsa, azərbaycanlıdırsa, türkdürsə, vicdanı varsa, soyqırım məsələsinə öz münasibətini bildirməlidir.

Mən hələ sovet dövründə şeyx olanda bizə Türkiyəyə getməyə qoymurdular. İrana, Səudiyyə Ərəbistanına getmək olardı, amma Türkiyəyə yox. Bizim Türkiyə ilə əlaqərimiz yalnız Azərbaycan müstəqillik əldə etdikdən sonra yarandı. Türkiyədən türklərin birliyindən qorxurdular. Bu gün də qorxurlar. Bu gün də çalışırlar ki, aramızda nifaq yaratsınlar. Biz buna gedən deyilik. Biri o birini şiə adlandırır, o biri sünni adlandırır. Bunlar bizi bir-birimizdən ayırmaq deməkdir. Bu, siyasətdir. Biz məzhəb ayrıseçkiliyi edən deyilik. Burada həm sünni, həm şiə məzhəbindən olan insanlar üzdə olan insanlarımızdır. Bunu bilin, bir daha deyirəm, mənə inanıblar ki, bura seçilmişəm, kim əgər sünni-şiəlik etsə, məzhəb ayrıseçkiliyi eləsə, mənimlə işləmək imkanı yoxdur. Mən buna qarşıyam. Hamımız Vətənə xidmət, Allaha ibadət etməliyik.

Sünni məzhəbinin özündə də bəzi təfriqələr var. Bunlar olmamalıydı. Hətta şiələrin də içində təfriqə yaradılıb və yaradılır. Amma biz buna gedən deyilik. Bəzən adamlar xülyalarla yaşayırlar ki, burada onlar üçün yer tapılacaq, onlar üçün imkanlar yaranacaq və onlar gələcəkdə nəyəsə nail olacaqlar. Mən sizin inandırım ki, siz də inanın ki, onlar öz istəklərinə nail ola bilməyəcəklər. Biz radikalizmin kökünü kəsəcəyik".

Şeyx həmçinin xatırladıb ki, Ərəb dövlətlərinin Fələstin məsələsində İsrailə qarşı həmrəylik nümayiş etdirə bilmədilər, amma Ərəb Ölkələri Liqası Yəməndə qarşı koalisiya yaratdı.


Müəllif:

Oxşar xəbərlər