Müharibə gedən Yəməndən azərbaycanlıların çıxarılmasına başlanıb. Bu barədə Space TV-yə Azərbaycanın Səudiyyə Ərəbistanındakı səfirliyindən bildirilib. Artıq azərbaycanlıların çıxarırılması üçün Türkiyədən təyyarə çağrılıb.
Qeyd edək ki, Azərbaycanın Yəməndə səfirliyi fəaliyyət göstərmədiyi üçün həmyerlilərimizin taleyi ilə Səudiyyə Ərəbistanındakı səfirliyimiz maraqlanır. Azərbaycanın Səudiyyə Ərəbistanındakı səfirliyinin 2-ci katibi Emin Qasımzadə bildirib ki, 7 nəfər Azərbaycan vətəndaşı Türkiyə vətəndaşları ilə birgə Yəməndən əvvəlcə Cibutiyə, oradan da «Türk Hava Yolları»nın təyyarəsi ilə Türkiyəyə təxliyyə olunacaq.
Təxliyyə edilən vətəndaşlarımız bunlardır:
Fuad İmanquliyev, onun həyat yoldaşı Şəhla İmanquliyeva, övladları Bilal İmanquliyev, Faiq İmanquliyev, Tüba İmanquliyev, Cəfərov Rüstəm Vəliəht oğlu və onun həyat yoldaşı Senakosova Marina Valerievna.