2 Aprel 2015 12:08
884
12 Punto 14 Punto 16 Punto 18 Punto

Tiflisdə Gürcüstan, Türkiyə və Azərbaycan müdafiə nazirləri arasında görüş keçirilib.

Teleqraf.com Gürcüstan Müdafiə Nazirliyinin saytına istinadən xəbər verir ki, görüş zamanı nazirlər Mindia Canalidze, İsmət Yılmaz və general-polkovnik Zakir Həsənov müdafiə sahəsində əməkdaşlığın perspektivlərini müzakirə ediblər.

Tərəflər üçtərəfli əməkdaşlığın regionda təhlükəsizliyin və sabitliyin möhkəmləndirilməsinə yönəldiləcəyini vurğulayıblar. Əsas diqqət isə hərbi təhsil sahəsində əməkdaşlığın inkişafına yönəlib.

Canalidze Gürcüstan, Türkiyə və Azərbaycan hərbçilərinin iştirakı ilə Saçxeri Dağ Hazırlığı Məktəbində yay dağ təlim kursunun keçirilməsini təklif edib.

Samir


Müəllif: