2 Aprel 2015 16:03
347

Bu gün müdafiə naziri general-polkovnik Zakir Həsənovla gürcüstanlı həmkarı Mindia Canelidze arasında ikitərəfli formatda görüş keçirilib.

Müdafiə Nazirliyindən Teleqraf.com-a verilən məlumata görə, nümayəndə heyətlərinin iştirakı ilə keçirilən görüşdə ölkələrimiz arasında aparılan danışıqların və keçirilən görüşlərin strateji əhəmiyyəti vurğulanıb, hərbi sahədə əməkdaşlığın inkişafı, təcrübə mübadiləsi və kadr hazırlığı məsələlərinə xüsusi diqqət yetirilib.

Sonra tərəflər regiondakı hərbi-siyasi vəziyyət və qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparıblar.

BƏXTİYAR


Müəllif:
Загрузка...