3 Aprel 2015 12:20
804
12 Punto 14 Punto 16 Punto 18 Punto

Milli Məclisin yaz sessiyasının növbəti plenar iclası keçirilir.

Teleqraf.com xəbər verir ki, Milli Məclis sədri Oqtay Əsədov birbaşa müzakirələrə keçməyi təklif etsə də, deputat Fəzai Ağamalı çıxış etmək istəyib.

Deputat deyib ki, bir məsələ onu ciddi narahat edir: "Avropa Yay Olimpiya Oyunları yaxınlaşdıqca Azərbaycana qarşı olan mərkəzlər şər-böhtan kampaniyalarını gücləndirir".

O, qeyd edib ki, bu kampaniya oyunların əhəmiyyətinə təsir edə bilməz: “Bu şər kampaniyasını "Avrovision" mahını müsabiqəsi öncəsi də gördük. Ancaq bunun əhəmiyyəti və təsiri olmadı. Təbii ki, Azərbaycan Avropa Yay Oyunları ilə bağlı üzərinə düşən vəzifəni həyata keçirir. İndiyə qədər bu istiqamətdə aparılan hazırlıq işləri başa çatıb və bu, bizim gözümüzün önündə olub. Anti-Azərbaycan koalisiyasında yer alan qüvvələr şər-böhtanı ölkəmizə daşımaqda davam edir. Mən deputatlar və media mənsublarını anti-Azərbaycan kampaniyasına qarşı iradə ortaya qoymağa, vətəndaşlıq borcunu yerinə yetirməyə dəvət edirəm”.

Deputat Zahid Oruc isə martın 22-də ağ bayraq qaldıraraq Azərbaycan tərəfinə keçən erməni əsgərindən bəhs edib: “Qriqoriyan 24 yaşındadır, birinci Qarbağ savaşında doğulmamışdı, onun ata və babaları Azərbaycana qarşı 100 illik müharibədə iştirak edib. Ancaq indi görünən budur ki, erməni əsgərləri ağ bayraq qaldıraraq bu tərəfə keçməyə meyllidir. Fikrimcə, biz Ermənistanla bir, Qarabağ erməniləri ilə başqa cür siyasət yürütməliyik. Sabah ağ bayraq qaldıran yeni erməniləri qəbul etməyə hazırıqmı? Sabah Azərbaycan konstitusiyasını qəbul edən hərbçi və ya mülkü erməniyə münasibətimiz necə olacaq? Mən həmişə Rusiyannın Çeçenistan siyasətini qeyd etmişəm. Sabah 100 min erməni bu mövqeyini dilə gətirəcəksə, biz hansı addım atacağıq? Fikrimcə, bu haqda düşünməli, bizə meylli ermənilərlə işləməliyik”.

Fazil Mustafa qeyd edib ki, aprelin 24-də İrəvanda saxta genosidin 100 illiyi qeyd olunacaq, bir çox ölkə prezidenti ora gələcək: “Fikrimcə, biz bununla bağlı düşünməli, siyasətimizi müəyyən etməliyik. Türkiyə buna qarşı olaraq Çanaqqala zəfərinin 100 illiyini qeyd edir. Fikrimcə, biz də Bakıda Çanaqqala zəfərinin 100 illiyini qeyd edə bilərik. Bu həm Türkiyə ilə həmrəylik, həm də saxta genosidə bir cavab olar. Həm də 24 apreldə Qarsda və ya başqa ərazidə Türkiyə və Azərbaycan ordusunun birgə hücum təlimini keçirə bilərik. Fikrimcə, biz müdafiə taktikasından hücum taktikasına keçməliyik. Belə qərar qəbul edilərsə, dövlətimiz üçün faydalı olardı”.

Nemət


Müəllif: