4 Aprel 2015 11:20
664
12 Punto 14 Punto 16 Punto 18 Punto

Gürcüstanın Qardabani rayonundakı diasporumuz İkinci İrakli Cəmiyyətinin təşəbbüsü ilə Gürcüstan və Rusiya arasında diplomatik münasibətlərin bərpası tələbi ilə Tiflisdə keçiriləcək aksiyalara qoşulmaq niyyətindədir.

Teleqraf.com Gürcüstan mediasına istinadən xəbər verir ki, bunu Azərbaycan diasporunun sədri Fərhad Tanrıquliyev deyib: “Biz aksiyalara qoşulacağıq. Rusiya ilə münasibətlərin bərpa edilməsi həm Gürcüstan, həm də gürcü xalqı üçün çox önəmlidir”.

O, bildirib ki, Rusiya ilə diplomatik münasibətlərin bərpası tələbi Qərblə əlaqələrin kəsilməsini nəzərdə tutmur.

Qeyd edək ki. Gürcüstan xarici işlər nazirliyinin binası qarşısında aksiya aprelin 23-ü, yerli vaxtla 14.00-da nəzərdə tutulur.

Samir


Müəllif:

Oxşar xəbərlər