5 Aprel 2015 22:45
452

Azərbaycan Mətbuat Şurasınn Daxili İşlər Nazirliyi ilə birgə yaratdığı monitorinq qrupu bu gün müxalifətin «İnşaatçılar» metrostansiyasının yaxınlığındakı «Məhsul» stadionunda keçirdiyi mitinqdə jurnalistlərin peşə vəzifələrini yerinə yetirmələri ilə bağlı monitorinq aparıb.

Mətbuat Şurasının mətbuat xidmətindən Teleqraf.com-a verilən məlumata görə, aksiyada bununla bağlı hər hansı problem qeydə alınmayıb. Kütləvi informasiya vasitələrinin təmsilçilərindən qrupun üzvlərinə hansı müraciət edilməyib.

Azərbaycan Mətbuat Şurasının monitorinq qrupunun üzvləri mitinqi işlıqlandıran jurnalistlərin əsasən üzərində «PRESS» yazılmış xüsusi gödəkçələrdə olduqlarını qeydə alıb. Bununla belə mövcud peşə tələbinə əməl etməyən jurnalistlər də olub.


Müəllif:
Загрузка...