10 Aprel 2015 12:00
1 285
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Türkiyədə arxivlər açıldıqdan sonra məlum oldu ki, ermənilərin iddia etdiyi soyqırımı olmayıb”.

Bu fikirləri “Saxta erməni soyqırımı: uydurma və gerçəklik” mövzusunda keçirilən beynəlxalq konfransda Moldova Ombudsmanı Aurelia Qriqoriu deyib. Onun sözlərinə görə, Ermənistan rəhbərliyi də bu saxta soyqırımı hər vəchlə dünyanın diqqətinə çatdırmağa çalışır: “ Ermənnilərin də bu qondarma soyqırım nəticəsində guya əziyyət çəkdiklərini deyirlər”.

Soyqırım aktlarına hüquqi aspektdən qiymət verən moldovalı ombudsman deyib ki, Xocalıda baş verən soyqırımda iştirak edən ermənilər məlumdur: “Bunu mən öz araşdırmalarıma əsasən deyirəm. Onların cəzasız qalmaması üçün hüquqi addımlar atılmalıdır. Çünki tarix səhvi bağışlamır”.

BƏXTİYAR


Müəllif:

Oxşar xəbərlər