10 Aprel 2015 22:24
4 622
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakıda yaşayış binasında baş vermiş yanğın söndürülüb. Yanğın zamanı 3 nəfər xilas edilib. Binanın fasad hissəsi və iki mənzil yanıb.

***

Bakı şəhəri, Xətai rayonu, Zığ şosesində, Nargilə kafesinin yaxınlığındakı yaşayış binasında yanğın olub.

Teleqraf.com-un hadisə yerində olan əməkdaşının verdiyi məlumata görə, Nargilə kafesinin yaxınlığında yerləşən binada baş verən yanğın üzündən sakinlər təxliyyə olunublar.

Fövqəladə Hallar Nazirliyinin Yanğından Mühafizə İdarəsinin əməkdaşları alovun yayılmasının qarşısını alıblar.

***

Zığ şosesi, 16 ünvanı, "Nargilə" kafesinin yaxınlığında yenidənqurma işlərinin aparıldığı 9 mərtəbəli yaşayış binalarından birində taxta konstruksiyalar yanır.

Hadisə yerinə 10-a yaxın yanğınsöndürmə briqadası cəlb olunub. Havanın küləkli olması yanğınsöndürənlərin işinə çətinlik törədir.

***

Fövqəladə Hallar Nazirliyindən Trend-ə verilən məlumata görə, Bakı şəhəri, Xətai rayonunda doqquzmərtəbəli yaşayış binasında yanğın baş verib. FHN-in müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub.

Hazırda yanğının söndürülməsi istiqamətində işlər davam etdirilir.

Əlavə məlumat veriləcək.

***

Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən Trend-ə verilən məlumata görə, Nobel prospektinin Zığ şosesi ilə kəsişməsində, "Nargilə" kafesinin arxasında yaşayış binasında baş vermiş yanğın hadisəsi nəticəsində həmin istiqamətlərdə (Ramiz Quliyev küç., Zığ şos., Nobel pr.) sıxlıq yaranıb.

Sürücülərdən xahiş olunur ki, Heydər Əliyev və ya Babək prospektləri ilə hərəkət etsinlər.

Samir


Müəllif: