14 Aprel 2015 12:22
2 729
12 Punto 14 Punto 16 Punto 18 Punto

Tanınmış telejurnalist Xoşqədəm Baxşəliyevanın ATV-də yayımlanan populyar “Səni axtarıram” verilişini ANS TV-yə transfer etməsi xəbəri ətrafında söz-söhbətlər səngimək bilmir.

Teleqraf.com xəbər verir ki, o bununla əlaqədar mətbuat konfransı keçirir.

Xoşqədəm Hidayətqızı qeyd edib ki, üzləşdiyi hadisələr barədə hamının bilgili olmasını istəyir: "Mən dəfələrlə ATV-dən getmək istəmişəm. Amma ora mənə çox doğma olduğu üçün gedə bilmədim. Avqustda layihəmə oxşar veriliş hazırlandığı barədə məlumat aldım. Vüqar Qaradağlı mənə dedi ki, istəyirəm layihəni dayandıraq. Birdən-birə belə qərar verilməsi məni üzdü. Amma yenə də problemi aradan qaldırdım. Aprelin ilk həftəsində həmin qərar təkrar verildi. Dedilər ki, ATV-də "Səni axtarıram" verilişi olmamalıdır. Bundan sonra qərar verdim. Mən məcburiyyət qarşısında qalaraq ATV-dən ayrıldım".

Aparıcı əlavə edib ki, verilişin kulli miqdarda yeyinti üzündən bağlanılmasına dair deyilənlər doğru deyil: "Gələn gəlirlərdən, pullardan mənim xəbərim olmayıb. "Səni axtarıram" zavod, fabrik deyil ki, orada yeyinti olsun. Maliyyə məsələsi ilə reklam şöbəsi və televiziya rəhbərliyi məşğul olub".

X.Hidayətqızı ANS-ə komandası ilə getdiyini deyib: "Komanda üzvlərinin mənimlə getmədiyi barədə deyilənlər düzgün deyil".


Müəllif:

Oxşar xəbərlər