14 Aprel 2015 17:05
732
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün müdafiə naziri general-polkovnik Zakir Həsənov Birləşmiş Ərəb Əmirliklərinin ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Səlim Xəlifə Məhəmməd Əl-Ğafli ilə görüşüb.

Müdafiə Nazirliyindən Teleqraf.com-a verilən məlumata görə, görüşdə regiondakı hərbi-siyasi vəziyyət, hərbi sahədə əməkdaşlığın perspektivləri və qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

O cümlədən Z.Həsənov İranın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Möhsün Pakayin ilə görüşüb. Görüşdə müdafiə naziri Azərbaycanla İran arasında münasibətlərin inkişafında ölkə rəhbərlərinin görüşlərinin mühüm rol oynadığını və hərbi sahədə də əlaqələrin uğurla davam etdiyini bildirib.

Regiondakı hərbi-siyasi vəziyyətə toxunan Z.Həsənov Ermənistanın işğalçılıq siyasətinin bu gün də davam etdiyini və danışıqların uzadılmasının bölgədəki şəraitə mənfi təsir göstərdiyini diqqətə çatdırıb.

Səfir İranın Azərbaycanın ərazi bütövlüyünü və ədalətli mövqeyini dəstəklədiyini, işğal olunmuş ərazilərdə qondarma separatçı qurum tərəfindən təxribat məqsədilə keçirilməsi planlaşdırılan "seçki"lərin regionda sabitliyi pozmaq niyyətilə edildiyini və onun nəticələrinin ölkəsi tərəfindən heç bir halda tanınmayacağını bildirib.

Sonra aprelin 20-21-də İranın Müdafiə və Silahlı Qüvvələrə dəstək naziri general-mayor Hüseyn Dehqanın Azərbaycana işçı səfərinin detalları müzakirə edilib, keçiriləcək görüşlərdə hərbi əməkdaşlıq sahəsində baxılacaq məsələlərə dair fikir mübadiləsi aparılıb.

Görüşdə İranSilahlı Qüvvələrinin Azərbaycandakı hərbi attaşesi polkovnik Əmir Fərəci Moez iştirak edib.

BƏXTİYAR


Müəllif:

Oxşar xəbərlər