15 Aprel 2015 11:04
744
12 Punto 14 Punto 16 Punto 18 Punto

Xəbər verildiyi kimi, dünən Brüsseldə, Qərbdə son dövrlərdə güclənən islamofobiyanı hədəfə alan “Avropa və İslam aləmi: ortaq dəyərlərə doğru” adlı konfrans keçirilmişdir.

İslam Konfransı Gənclər Forumunun və BMT-nin Svilizasiyaların Alyansının birgə təşkilatçılığı və Böyük Britanıyanın LINKS təşkilatı ilə tərəfdaşlıq çərçivəsində həyata keçirilən konfransda İslamofobiyanın müxtəlif təzahürləri haqqında müzakirələr aparılmışdır. Sözügedən müzakirələr zamanı bu ilin iyun ayında Bakıda keçiriləcək Birinci Avropa Oyunlarına mövzusuna da toxunulmuşdur.

Belə ki, “İslamofobiya və media” mövzusu panelində çıxış edən Belçikada İslamofobia qarşı Şuranın vitse-prezidenti Həcib Əl-Həccaci öz təqdimatında bu məsələyə fərqli aspektdən toxunaraq, müsəlman ölkəsi olan Azərbaycanın Birinci Avropa oyunlarına ev sahibliyi etməsini “Avropa qitəsində Olimpiya dəyərləri və ruhuna tarixi dəstək olduğunu, AB-nin etməsi lazım olan missiyaya sahib olduğunu bildirmişdir”.

“Amma son dövrlərdə biz bu kimi müsbət əməkdaşlıq nümunələrini təqdir etmək əvəzinə bəzi Qərb mediaları tərəfindən Bakı Avropa Oyunlarına qarşı yönəldilmiş qaralama kampaniyasının şahidi oluruq” - deyən avropalı ekspertin sözlərinə görə: “İlk dəfə baş tutacaq Avropa oyunlarının məhz müsəlman ölkəsində keçirildiyini bəzi dairələrin həzm edə bilməməsindən qaynaqlanan bu qara PR əslində İslamofobiya yanaşmasının bir təzahürüdür”.

“Bu kimi ikili standartlar ilk növbədə Avropada mədəniyyətləarası münasibətlərə, dözümlülüyə qarşı yönəldiyindən, bu kimi kampaniyalarla ilk növbədə avropalılar mübarizə aparmalıdır,” - deyən BİGŞ-in vitse-prezidenti qeyd etmşidir ki “bütün provokativ cəhdlərə baxmayaraq, Avropa oyunlarının Azərbaycanda keçirilməsi bir daha bu Müsəlman ölkənin qədim tarixə, zəngin mədəniyyətə malik olmasını, yüksək tolerantlıq nümunəsinin olmasını Avropaya və bütün dünyaya nümayiş etdirəcəkdir”.

Xatırladaq ki İKGF təşkilatçılığı ilə keçirilən konfransın işində Avropa Parlamentinin deputatları, BMT, Avropa Birliyi və İslam Əməkdaşlıq Təşkilatının yüksək səviyyəli təmsilçiləri, Brüsseldə akkreditə olan diplomatik korpus, eləcədə müxtəlif “beyin mərkəzləri” və vətəndaş cəmiyyətinin nümayəndələri iştirak etmişdir.


Nemət


Müəllif:

Oxşar xəbərlər