Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) "Maire Tecnimont" şirkəti ilə 350 milyon avroluq müqavilə bağlayıb.
Trend-in məlumatına görə, bu razılaşma "Socar Polymer" layihəsi çərçivəsində polipropilen istehsalı ilə bağlı əməkdaşlığı (EPC-müqavilə) ehtiva edir.
Müqavilə çərçivəsində texniki xidmətlərin göstərilməsi, material-texniki təchizat, montaj işləri və layihənin istismarına qədər inşaat fəaliyyəti, eləcə də sınaq istismarı nəzərdə tutulur.
“Socar Polymer” layihəsi Sumqayıt kimya sənayesi parkında gerçəkləşdiriləcək. Bu layihənin reallaşdırılması ildə 180 ton polipropilen və 120 ton polietilen istehsal etməyə imkan verəcək. İstehsala 2016-cı ildə başlamaq nəzərdə tutulur. Məhsulların böyük hissəsini Türkiyəyə və Qərbi Avropa ölkələrinə ixrac etmək planlaşdırılır.