20 Aprel 2015 18:37
743
12 Punto 14 Punto 16 Punto 18 Punto

Pakistanın paytaxtı İslamabadda Azərbaycan-Pakistan Media Forumu (APMF) və Baydari Fikir Forumunun (BFF) birgə toplantısı keçirilib.

XİN-in mətbuat xidmətindən Teleqraf.com-a verilən məlumata görə, toplantıda Avropa Parlamentinin qondarma erməni soyqırımı ilə əlaqədar qətnaməsi ilə bağlı Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin açıqlaması oxunub. Daha sonra tədbirdə Pakistanın sabiq xarici işlər katibi, APMF-nun baş katibi Əkrəm Zəki, sabiq federal nazir Qulam Xan, Pakistan jurnalistləri federal birliyinin sabiq baş katibi Riffat Kadri çıxış edərək Avropa Parlamentində qəbul edilmiş qətnamə haqqında fikirlərini bölüşüblər. Bu qətnamənin tam əsassız və qərəzli olduğu qeyd edilərək, 1918-ci ilin mart qırğınlarında və Ermənistanın Azərbaycana təcavüzü nəticəsində azərbaycanlılara qarşı soyqırım törədildiyi bildirilib.

Toplantı haqqında məlumat “APMF və BFF qondarma erməni soyqırımını pisləyirlər” adlı məqalə “National Herald Tribune” və “Statetimes” qəzetlərində dərc edilib.

Pakistanın diplomatik çevrələrdə xüsusi çəkiyə malik olan “Centreline” jurnalı və “Diplomatic News Agency” informasiya agentliyi tərəfindən “Avropa Parlamentinin “erməni soyqırımına dair qətnaməsi qərəzli və əsassızdır” adlı materiallar dərc edilib. Yazıda Avropa Parlamentinin qondarma “erməni soyqırımı”na dair qəbul etdiyi qətnamə ilə əlaqədar Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin açıqlaması öz əksini tapıb.

Eyni zamanda, adı çəkilən KİV-də “Press and Journal” qəzetində nəşr edilmiş məqalə əsasında “Press and Journal: Ağdamda baş verənlər azərbaycanlılara qarşı soyqırımıdır” adlı məqalə dərc edilib.

Səxavət


Müəllif:

Oxşar xəbərlər