21 Aprel 2015 13:52
749
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Prezidenti İlham Əliyev Böyük Vətən müharibəsində Qələbənin 70 illiyi münasibətilə Moskvada keçiriləcək hərbi paradda və bayram tədbirlərində iştirak edəcək,

Teleqraf.com xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin mətbuat katibi Azər Qasımov AZƏRTAC-a məlumat verib.

Azər Qasımov əlavə edib: “Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev bu tədbirlərdə iştirakla bağlı hələ bir neçə ay bundan əvvəl Rusiya Federasiyasının Prezidenti Vladimir Putindən dəvət alıb və həmin vaxt Rusiya tərəfinə rəsmi olaraq bildirilib ki, Prezident İlham Əliyev cari il mayın 9-da Rusiya Federasiyasının paytaxtı Moskva şəhərində Böyük Vətən müharibəsində Qələbənin 70 illiyi münasibətilə keçiriləcək hərbi paradda və bayram tədbirlərində iştirak edəcək”.


Müəllif: