22 Aprel 2015 10:13
2 035
12 Punto 14 Punto 16 Punto 18 Punto

2015-ci ilin 1-ci rübü ərzində məhkəmələrə göndərilən cinayət işlərinin 7%-i rüşvətalma ilə bağlı olub.

Teleqraf.com xəbər verir ki, bu barədə Baş Prokurorun müavini, Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin rəisi Kamran Əliyev 2015-ci ilin 1-ci rübü ərzində görülmüş işlərə dair mətbuat konfransında bildirib.

Onun sözlərinə görə, cinayət işlərinin 37%-ni mənimsəmə, 29%-ni dələduzluq, 12%-ni vəzifədən sui-istifadə, 15%-ni isə digər cinayətlər təşkil edir.

Hacı Zeynalov


Müəllif: