22 Aprel 2015 10:30
624
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Hesabat dövrü ərzində ibtidai istintaqı aparılmış cinayət işləri üzrə 9 təqdimat verilib.

Teleqraf.com xəbər verir ki, bu barədə Baş Prokurorun müavini, Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin rəisi Kamran Əliyev 2015-ci ilin 1-ci rübü ərzində görülmüş işlərə dair mətbuat konfransında bildirib.

K. Əliyev qeyd edib ki, 2015-ci ilin birinci rübü ərzində Əməliyyat idarəsi tərəfindən 14 şəxs barəsində 12 cinayət işi başlanmışdır. Bunlardan 9 iş keçirilmiş əməliyyat tədbirləri nəticəsində, 2 iş vətəndaşların ərizələri əsasında, 1 iş isə Mərkəzi Bank yanında Maliyyə Monitorinqi Xidmətindən daxil olmuş materiallar əsasənda başlanıb.

Onun sözlərinə görə, hesabat dövrü ərzində 13 şəxs barəsində axtarış elan edilib, 2 nəfər tutularaq istintaqa təhvil verilib, 21 şəxs isə beynəlxalq axtarışa verilib.

Hacı Zeynalov


Müəllif:

Oxşar xəbərlər