“2015-ci ilin birinci rübü ərzində 161 saylı “Qaynar xətt” əlaqə mərkəzinə 1677 müraciət daxil olub, bunlardan 1477-i ilkin, 200-ü isə təkrar olub. Daxil olmuş 1677 müraciətin 111-i Baş İdarədə araşdırılıb, 15-i cinayət işinə, 66-sı Baş Prokurorluğun digər idarələrinə, 1479-u aidiyyəti üzrə nazirlik, komitə və təşkilatlara göndərilməklə qanunla nəzərdə tutulmuş qabaqlayıcı və digər müvafiq tədbirlərin görülməsi təmin edilib”.
Teleqraf.com xəbər verir ki, bu barədə Baş Prokurorun müavini, Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin rəisi Kamran Əliyev 2015-ci ilin 1-ci rübü ərzində görülmüş işlərə dair mətbuat konfransında bildirib.
K. Əliyev bildirib ki, 2015-ci ilin birinci rübündə də “Qaynar xətt” əlaqə mərkəzinə daxil olmuş 6 müraciət üzrə Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə cinayət işləri başlanıb: “Qeyd edilən dövr əzində korrupsiyaya qarşı mübarizədə beynəlxalq əməkdaşlığın önəmini və qarşılıqlı təcrübənin paylaşılmasının əhəmiyyətini nəzərə almaqla bu sahədə ixtisaslaşmış beynəlxalq təşkilatlarla əlaqələrin qurulmasına və daha da inkişaf etdirilməsinə daim böyük önəm verilib”.
Hacı Zeynalov