İstanbulun "Atatürk" Hava Limanında reyslərin ləngiməsinə baxmayaraq, Bakıya uçan təyyarə mənzilə öz vaxtında çatacaq.
Bu barədə Trend-ə Heydər Əliyev adına Beynəlxalq Hava Limanından bildiriblər.
"Bu gün "Atatürk" Hava Limanında Milana uçan təyyarənin təcili enişinə görə, bir neçə reysdə ləngimə olmuşdu. Lakin İstanbul-Bakı reysi vaxt cədvəlinə uyğun olaraq yerinə yetiriləcək. Heç bir ləngimə barədə məlumat verilməyib", - deyə məlumatda qeyd edilib.