Ağcabədi rayonunun Boyad kəndində yerləşən yaşayış evlərindən birinə ilanlar daraşıb.
Teleqraf.com xəbər verir ki, məsələyə Rayon İcra Hakimiyyəti də müdaxilə edib.
Ev sahibi Məhəmməd Aslanov problemin 5 ildir olduğunu və hər il yay fəslində ilanların onların həyatı üçün ciddi təhlükə yaratdığını bildirib. Onun sözlərinə görə, ötən il evdə təqribən 50 ilan görünüb:
"Ev 1958-ci ildə çiy kərpicdən inşa olunub. İlanların əsas yuvası da evin təməlində olduğundan aparılan profilaktik tədbirlər nəticəsiz qalıb".
Ağcabədi rayon İcra Hakimiyyəti problemin aradan qaldırılması üçün ailəyə yeni torpaq sahəsi və tikinti materialları ayırıb. (Report)