27 Aprel 2015 11:52
1 059
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bir müddət öncə Türkiyədə ürəyindən əməliyyat olunan Milli Məclisin deputatı Fərhad Qəribov müalicə olunması üçün yenidən xaricə gedib.

Teleqraf.com xəbər verir ki, F.Qəribov hazırda Almaniyadadır.

F.Qəribov məlumatı təsdiqləyərək bildirib ki, Türkiyədə əməliyyatdan qayıdandan sonra səhhəti yenidən pisləşib: "Hazırda Almaniyada müalicə olunuram. Özümü yaxşı hiss edirəm. Müalicəmin nə vaxt bitəcəyi haqda məlumatım yoxdur".

Qeyd edək ki, 63 yaşlı F.Qəribov 57 saylı Kürdəmir seçki dairəsindən deputat seçilib.

Ayxan


Müəllif:

Oxşar xəbərlər