30 Aprel 2015 12:48
783
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakıda keçiriləcək Birinci Avropa Oyunları böyük tamaşaçı kütləsi toplayacaq və Azərbaycanın turizm mərkəzi kimi potensialını üzə çıxaracaq.

Bunu Trend-ə Yuqoslaviya şahzadəsi Yelizaveta Karaqeorqiyeviç bildirib.

Onun sözlərinə görə, Azərbaycanın turizm sahələri hələ sona qədər üzə çıxarılmayıb.

“Azərbaycan inanılmaz dərəcədə gözəl ölkədir. Burada çox gözəl insanlar yaşayır. Azərbaycan mətbəxi isə dadına baxdıqlarım arasında ən yaxşısıdır. Azərbaycanın turizm imkanları hələ geniş imkanlar əldə etməyib. Bir çoxları məzuniyyət üçün Avropaya getməyə üstünlük verirlər, lakin onlar Azərbaycana da baş çəkməlidirlər. Burada maraqlı şeylər çoxdur, ölkənin zəngin mədəniyyəti, tarixi var”, – deyə Yuqoslaviya şahzadəsi qeyd edib.


Müəllif: