1 May 2015 14:53
873
12 Punto 14 Punto 16 Punto 18 Punto

Sərhəd Qoşunlarının Komandanı general-polkovnik Elçin Quliyev ölkəmizdə rəsmi səfərdə olan Türkiyə Silahlı Qüvvələri Quru Qoşunları Qərargahının rəisi korpus generalı İhsan Uyarın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

DSX-nın mətbuat mərkəzindən Teleqraf.com-a verilən məlumata görə, geniş tərkibdə keçirilən görüş zamanı E.Quliyev Azərbaycan Respublikasının dövlət sərhədlərindəki mövcud əməliyyat şərati, sərhəd mühafizə sisteminin gücləndirilməsi, maddi-texniki bazanın təkmilləşdirilməsi üzrə görülmüş işlər və əldə olunmuş nailiyyətlər barədə danışıb. O, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi nəticəsində Azərbaycan ərazisinin 20 faizinin, eləcə də Azərbaycan-İran sərhədinin 132 kilometrinin işğal altında olması, bu ərazilərdən qaçaqmalçılıq və digər qeyri-qanuni məqsədlərlə istifadə edilməsi barədə qonaqlara məlumat verib.

Qonaqlar Azərbaycan sərhəd mühafizəsi sisteminin təşkili, Dövlət Sərhəd Xidmətinin təyinatı və tapşırıqları, həyata keçirilən islahatlar və əldə olunmuş nailiyyətlərlə tanış ediliblər.

Müzakirələr zamanı ikitərəfli əlaqələrin səviyyəsi yüksək qiymətləndirilib və qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb. Sərhədlərin təhlükəsizliyinin möhkəmləndirilməsi, təcrübə mübadiləsinin aparılması, birgə tədbirlərin keçirilməsi istiqamətində əməkdaşlığın daha da genişləndirilməsinin zəruriliyi vurğulanıb.

Görüşdə Türkiyə Silahlı Qüvvələrinin ölkəmizdəki hərbi attaşesi briqada generalı Hasan Nevzat Taşdeler iştirak edib.

BƏXTİYAR


Müəllif:

Oxşar xəbərlər