5 May 2015 08:16
1 042
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakı Metropoliteninin “28 May” stansiyası sərnişinlərinin gözlədiyi an gəlib çatdı.

Metropolitenin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayevin bildirib ki, çoxdandır gözlənilən “28 may” metronunun əsas girişi açılaraq istifadəyə verilib.

Bundan əvvəl verilən açıqlamalarda yaranmış texniki problemlərlə əlaqədar girişin istismarının yubana biləcəyi vurğulanırdı. Sərnişinlər isə bu müddət ərzində “28 May” stansiyasının ikinci girişindən (Salatın Əsgərova küçəsi) və “Cəfər Cabbarlı” stansiyasının girişindən istifadə edirdilər.

Qeyd edək ki, “28 may” metro stansiyası 2013-cü il iyul ayının 1-dən “2011-15-ci illərdə Bakı Metropoliteninin inkişafına dair Dövlət Proqramı”na uyğun olaraq aparılan tikinti işləri ilə əlaqədar təmirə bağlanmışdı.


Müəllif:

Oxşar xəbərlər